19 Ekim 2023

19.10.2023

Dumanlı, sis çökmüş yol kimidi həyat. Çox uzağı görmək olmur. Hətta yaxınından belə əmin ola bilmirsən. Buna görə yolunun təhlükələrdən xali olmağını gözləyə bilməzsən. Dayanmaq da mümkün deyil, çünki hərəkət edən təkcə sən deyilsən. Yol özü ayaqlarının altından qaçır. Qalır sənə uyğun gələn və ya sadəcə düşünmədən seçdiyin istiqamətlər.

İsti su töküldükcə duşda başımdan aşağı dərin nəfəs aldım. Uşaqlıqda dolça ilə vannanın içində yuyunmamı xatırlayıb, üzümdə təbəssüm yarandı və boğazımda düyümləndi bu keçmişə səyahət.

Bir otaq küncündən boylanıb keçmişə, nostalji çuxurunda boğulmaqmıdır yaşlanmanın sevimli əziyyəti?

Günlər keçir. Asan deyil heç nə. Olmasını da gözləməyin. Ümid zəhərindən qabınızın dibində qalanlar yaşlandıqda üzünüzdəki qırışlardan axacaq göz yaşı kimi.

9 Nisan 2023


Hisslərin var ipəkdən daha zərif- toxunmağa, hiss etməyə qıymadığın, qırılacağından ehtiyat etdiyin, nəfəs almağı unutduğun. Geriyə qaytara bilmədiyin anlar, insanlar, duyğular. Mahnılar var -keçmişindən xatırlayıb dinlədiyin amma başqaları ilə dinləmək istəmədiyin. Və eyni çayda təkrar üzmək üçün qaçmaq istəyi. Təəssüf, utanc, sevgi, küskünlük sonrasında məğrur görünmək üçün hər gün mahiyyətini gizlədib sonda özünü tanımamaq var. Hər gün qocalan bədənimizə yaş artdıqca uşaqlaşan bir yanımız etiraz edir gözüyaşlı, titrəyən dodaqlı, bir az da əsəbi. Bu qədər boşluğun, yüngüllüyün, heçliyin içində insan olmaq, bəlkə də özündən başqa heç kimin eşitməyəcəyi hayqırış olmaqdan bezgin. Kainatın sonsuzluğunda yox olub getməzdən əvvəl boşluğa, heçliyə onun anlamayacağı dildə bir şeyləri fısıldamaqdı deyilənlər, yazılanlar.

31 Aralık 2015

01.01.2016

Üzündə ifadən sarkastik, üzü küləyə sür ki, motorun gurultusu batırsın tək gedişlik biletlə stansiyada gəzişənlərin qulaqlarını.

13 Eylül 2015

Utanmaq

Oxumadan, bilmədən, öyrənmədən keçən saatlar, günlər və bəzən bir ömür. O qədər zamanı olmayanlar oldu, öldülər vaxtsız. Dəyərli beyinlər fikirləri, arzuları ilə bərabər çürüdü. Amma bu heyvərələr yaşıyır. Heç olmasa o ağacların yarpaqlarından utanın.

10 Ocak 2015

Agnus Dei


  Ayağımın altında qırılan nazik quru budaqlara mərhəmətlə baxdım. Mövcudluğum mənə daha ağır gəlməyə başladı. Yanmış xəzəl qoxusu qarışdıqca rütubətli çürüntü iyinə, çürümüş fikirlərim də çürüməyə başladı. Yenidən başlamaq istədim hər şeyə başladığım yerdən. Nə qədər şansımız var ki?
   Məkanlara səfər etmək vacib deyil hər dəfə, onların yaddaşımıza həkk olunan təsvirlərində gəzmək daha xoşdur bəzən. Çünki qoyduğumuz yerdə tapmırıq heç nəyi, heç kimi.
   Zaman qaçqınlarıyıq hamımız. Sığınacaq tapmışıq boş ümidlərdə. Gəzirik diyar-diyar nə axtardığımızı bilmədən.

23 Mart 2014

Sümüklü ət

 Bir otağın küncündən, ya da dünyanın səssiz bir bucağından baxmaq daha asandır dünyaya. Saya divarlar və səssiz insanlar diyarından. Çox səs, görüntü var ətrafda içi boş. Vaxtınızı saniyə-saniyə  istismar edirlər illərlə.

 Bir neçə kiloqram çürüntü olacaq tonlarla ət və sümük yığını əsəbi formada gəzir ətrafda qaşlarını çataraq. Boş fikirlərin müdafiəçiləri. Zibil vedrəsinə yox kənara düşmüş kilkə konservaları.  Ömründə bir dəfə də olsun gecə uzanıb buludsuz səmaya baxmamış yığınlar. Egoları mikrob qədər kiçilməliydi. Milyardlarla ton insan əti sümüklü formada. Başqa planetlərdə həyat varsa və onlara zülal lazımdırsa gərək istifadə etsinlər.

Amma yad planetlilər bəlkə dolma bükmək istədi bunlardan. Elə olsa gərək sümükdən ayırasan.

8 Mart 2014

Çaxçax

Taxta çaxçaxlarımız vardı desəm gərək əvvəl izah edim çaxçax nədi. Bildiyiniz hasar, çəpər. Amma çaxçax deyəndə çəkiclə vurub o taxtalardan düzəltmə hissini daha yaxşı ifadə etmək olur. Hə, deməli bu çaxçaxların təzə vaxtını mən görməmişdim. Mamırlamış vaxtına gəlib çatmışdım dünyaya. Boz idilər. Yaşıl mamırlar da var idi üstlərində. Fındıq kolları əyilmişdi üstünə. Çürümüş yerlərini dəfələrlə yamaq taxtalarla düzəltmişdik. Alt tərəflərində həm toyuqların həm də itin keçməsi üçün qırılmış yerləri düzəltməyə dəymirdi, onsuz da yenə yer tapacaqdılar özlərinə. Heç yer olmayanda toyuqlar üstdən uçmağa başlamışdılar. Anam da gördü toyuqlar gedir qonşuya qayıtmır tutdu qanad lələklərinin ucunu kəsdi, oldular pinqvin. Daha uçmurdular. Nə isə. Deməli bu çaxçaxlar qəşəng deyildi. Sərf də eləmirdi hər dəfə təmir eləmək. Amma nə vaxt ki, onu söküb yerinə dəmir şiferdən hasar elədilər həyətin bütün ab-havası dəyişdi. Pisliyə doğru demirəm amma nəsə o vaxtdan həyətdə o kəndin torpaq-ağac-ot qoxusuna sanki pas iyi qarışdı. Bilmirəm əslində daha səliqəli olmuşdu hər yer amma görəsən kənddə səliqə beləmi olmalı idi. Məncə yox. Özümə nə vaxtsa bağ salacaq olsam, çalışacam taxtadan, daşdan istifadə edim təkcə. Belə. Bu aqrar düşüncədi ya təbiətin çağırışıdı, hər nədirsə bağ yaşıllıq işini bir az bildiyimə görədi bəlkə də banal səslənə də bilər amma mütləq bir yaşıl bağ düzəltməliyəm özümə.

5 Ocak 2014

Tək- Albert Camus -Başqaldıran insan

Daha əvvəl Stirner Tanrıdan sonra insanda hər növ Tanrı düşüncəsini yıxmaq istəmişdi, amma Nietzschenin əksinə nihilizmi daha razı formada idi. Stirner çətinliyə düşəndə gülür, Nietzsche divarlara hücum edir. Hələ 1845-ci ildə, yəni "Tək və xüsusiyyəti" nəşr olunduğu ildə, gənc və solçu Hegelçilərlə (Marks da bunların arasında idi) Xilasolanlar Birliyinə girib çıxan bu adamın yalnız Tanrı ilə deyil, Hegelin Ruhu və onun tarixdə cisimləşməsi olan dövlətlə bir hesabı vardı. Ona görə, bütün bu bütlər eyni monqolçuluqdan, ölümsüz düşüncələrə inancdan doğulub. Buna görə də o "Mübarizəmi heç bir şey üstündə qurmadım" deyə yaza bilmişdir. Günah bir "Moğol fəlakəti"dir şübhəsiz amma məhbusu olduğumuz hüquq da elədir. Tanrı düşməndir; Stirner müqəddəs olana hücumda əlindən gəldiyi qədər irəli gedir ( həzm et müqəddəs çörəyi bitsin hər şey). Tanrı, Mənin, daha doğrusu olduğum şeyin bir şəkildəyişməsindən başqa bir şey deyildir. Sokrat, İsa, Dekart, Hegel, bütün peyğəmbərlər, bütün filosoflar, Məni, olduğum şeyi azdırmağın yeni yollarını tapmaqdan başqa bir şey etməmişlər.Stirner bu Məni ən xüsusi, ən müvəqqəti tərəfinə çəkir və Fichtenin  mütləq mənindən ayırır. " Adlar adlandırmaz onu", Təkdir deyir.
Stirnerə görə İsaya qədərki tarix həqiqəti ideallaşdırmaq yolunda uzunmüddətli sə`ydən  başqa bir şey deyildi. Bu sə`y keçmişə xas düşüncələrlə təmizlənmə ayinlərində cisimləşir. İsadan sonra məqsədə çatılmışdır artıq və başqa bir sə`y başlayır ki, bu da tamamilə əksinə idealı reallaşdırır. Mücərrəd olanı cisimləşdirmək quduzluqdan təmizlənmənin yerini alır, İsanın varisi olan sosializm hökmünü artırdıqca dünyanı daha çox yandırıb-yıxır. Amma bəşər tarixi əsas qanuna, canlı, əldə tutulacaq qanuna, bir-birini qovan mücərrədləşdirmələrin, yəni Tanrının, dövlətin, cəmiyyətin, insanın boyunduruğuna salmaq istədikləri zəfər qanununa həqarətdən başqa bir şey deyil. İnsansevərlik bir aldanmadır Stirnerə görə. Dövlətə və insana hörmətdə ən yüksək nöqtələrinə çatan fəlsəfələr də "dini qiyamlar"dan başqa bir şey ola bilməz. "Bizim tanrısızlarımız həqiqətən dindar insanlardır" deyir Stirner. Bütün tarix boyu tək bir din olmuşdur- ölümsüzlük dini. Bu din yalandır. Yalnızca Tək, ölümsüzün və hər şeyə hökm etmək arzusuna xidmət etməyən hər şeyin düşməni olan Tək həqiqətdir.

1 Ocak 2014

Zövq

Xırda adamlardan uzaq olun. Kiçilməyə başlayacaqsınız yoxsa. Zövqü dərin və nadir şəxslərlə on dəqiqə söhbətiniz cılız insanların əhatəsində keçirəcəyiniz bir ildən daha çox şey qatacaq sizə. Unutmamaq lazımdır ki, söhbət etmək sadəcə dinləmək demək deyil. Maraqlı müsahib olmaq üçün araşdırmaq lazımdır. Müasir dövrdə hər hansı mövzunu araşdırmaq internetin köməyi ilə asandır və əvvəlki kimi saatlarla kitabxanalarda kataloq eşməyə ehtiyac yoxdur. Bunun eynisi musiqiyə, rəsmə və ümumiyyətlə incəsənətə aiddir. Zövq məsələsinə qayıtsaq bu ailədən, məktəbdən o qədər də asılı deyil. Bəzən xırda bir detalı qavramağınız sizi fərqli bir yönə dartıb aparır. Hansı ki, əslində bu yeni qavrayış biçiminə nə qədər yaxın olub anlamadığınıza heyrət edirsiniz. Zövq biryönlü olmur amma onun şaxələri bir nöqtədə birləşir və bu sizi müəyyən edəndir.

P.S.Bununla yanaşı kitabxanalar və bunun kimi başqa tədris və mütaliə ocaqları insanda oxumağa və yerini müəyyən etməyə, o cümlədən nə qədər az bildiyini xatırlatmağa kömək edir.

19 Ekim 2013

19.10.13

Köhnə çürümüş ağacların üstündə nəmli, oda atdıqda yarım saat tüstülənən amma yanmaq bilməyən mamırları görmüsünüz. Alışmır xalqım tüstülənir. Onların əvəzinə pöhrələr yanır alışdıracağıq deyə odunları. Təki bu zoğlar odunlaşıb mamır bağlamasın. Sözlər qiymətlidir dostlar. Bir insanı belə dəyişsəniz missiyanızı həyata keçirmişsinizdir. Amma bir fikri birinə aşılamağa çalışmazdan əvvəl güzgüdə gözlərinizin içinə baxın. Əgər vicdanınız rahat şəkildə doğru olduğuna inandığınız fikriniz varsa yedizdirin onu aclıqdan qastrit olmuş ruhlara.

6 Ekim 2013

06.10.2013

Qanlı kəlbətini suda yuyub təmizlərin arasına qoydu. Əlcəklərini çıxardı və cibindəki on manatı pulkisəsinə qoyub özünə çay süzdü. 5-10 dəqiqə keçməmiş içəri siz girdiniz. Dişiniz çox ağrıyır çəkdirmək istəyirdiniz. Dedi əyləşin, əyləşdiniz. Həmin kəlbətinlə dişinizi çəkdi. Və artıq sizin çox az ömrünüz qalıb. Sizdən əvvəlki pasient HİV\AİDS xəstəsi idi.

22 Ağustos 2013

23.08.2013

Günlər keçir. Qovurlar bir-birini. Və biz yaşlanırıq doğulduğumuz gündən bəri. Dəyişir arzular, istəklər, ehtiyaclar. Bir çayda iki dəfə çimə bilmirsən. Bu narahat edir məni çünki təkrar-təkrar yaşamaq istədiklərim var. Bir də artıq yaşaya bilməyəcəklərim. Qolunda gəzdirdiyin saat qandallarındır əslində. Bağlısan zamana. Məhkumsan bu əsrdə yaşamağa. Nietzsche də məhkum idi, Kafka da, Bruno da, Aristotel də. Və bir də özünüzü xüsusi hesab etməyiniz yoxmu, gülməlidi.

26 Temmuz 2013

Kompozit plomblarda polimerizasion yığılma və inhibisiya olunmuş qat haqqında qısaca

İşıqla bərkiyən kompozit plomblarda yığılmanın qarşısını almaq məqsədilə bir sıra tədbirlər məqsədəuyğundur.
İlk növbədə üstünlük polimerizasion yığılması az olan materiallara verilməlidir. Yox əgər işlətdiyiniz material bu tələblərə cavab vermirsə, çalışmaq lazımdır ki, mümkün qədər nazik qatlarla restavrasiyanı edəsiniz.
Adaptiv qat kompozit yığılmasının qarşısını alır. Bunun üçün altdan axıcı plomb materiallarından və ya şüşə ionomer materiallarından istifadə etmək olar. Bunlar elastikliyi hesabına həmin yığılmanı kompensasiya edir.
Soft start və ya pulsasiyaedici tipdə fotopolimerizasiya, diş toxumasından keçməklə işıqlandırma da yardımçı həll üsullarındandır.

İnhibisiya olunmuş qat kompozitin oksigenlə təmasda olan xarici qatında əmələ gəlir və növbəti porsiyanın yapışmasını təmin edir. Bu qat alətlərlə asanlıqla şliflənən parlaq, sürüşkən qatdır. Bu qatın hesabına növbəti porsiya alətdən qoparaq plombun yerdə qalan hissəsinə yapışmalıdır. Bu zaman plomb porsiyasının alətdən azca dartılaraq qopması normaldır.Son mərhələdə şliflənmədən saxlanılan inhibisiya olunmuş qat, qida zamanı qəbul olunan rəngləndiricilərin hesabına rəngini dəyişir. Buna görə də mütləq plomblamadan sonra pardaxlanma və ya şlifləmə aparılmalıdır. Bəzi müəlliflər matrisa altında qalan hissələrin oksigen təması olmadığından bunu lüzumsuz hesab etsədə məsləhdir ki diş tam pardaxlansın. Əgər şlifləmək istəmirsinizsə plombun son qatında bərkitməzdən əvvəl şəffaf deoks gellərindən istifadə etmək olar.

28 Haziran 2013

Sat

Vaxtınızı, rahatlığınızı, xəyallarınızı, gəncliyinizi satıb alış-veriş edəcəksiniz. Heç olmasa baha satın ki, əvəzində daha rahat yaşaya biləsiniz.

28 Mart 2013

Qaralama 2

Sığınıb bir bucağa
Körpə uşaqlar kimi ağlamaq
Bu bucağın belə sənə çox görüldüyünü bilə-bilə.
Əzmək özünü öz qollarınla
Sümüklərin sızlayanadək.
Və boşaltmaq göz yaşlarını son damlasına kimi.
Bu olmalı iztirab
Bu olmalı bir insanın sonsuz yalnızlığı.
Və beton üstündə donmuş ayaqların
Soyuqdan titrəyən çənən
Yanağından süzülən yaşların duzlu dadını hiss etməkdirmi yalnızlıq
Milyonluq şəhərdə bir isti insan nəfəsinə möhtac...
Yalnız insan yoxdur
Ola bilməz
Çünki yalnız insan intihar etmişdir.
Hələ də intihar etməmisinizsə
Siz yalnız deyilsiniz.

24 Mart 2013

25.03.2013

Bir qəlibə sığaraq
Bir məkanda eyni insanlarla yaşamaq bacarığıdır həyat.
İnsanlara yaşlandıqlarında heç kimin oxumayacağı bir məktub yazmağa icazə versəydilər bu qədər fəlsəfə oxumağa ehtiyac qalmazdı.

26 Şubat 2013

Aid olduğu toplumu qoruma və onların o cümlədən özünün səhvlərinə bəraət qazandırmaq istəyi qarşılıqlı münaqişələrin yaranması üçün münbit şərait yaradır. Aparılan bir çox psixoloji təcrübələr də göstərir ki, mənasız bir ideologiyaya qulluq etsə də, sosiuma ağılsız və səhv seçim etmiş biri kimi görünməmək üçün fərd aid olduğu qurumu, peşəni və ya fikri  müdafiə edir.

27 Ocak 2013

27.01.2013

Seçdiyi peşə insandan birşeylər alır. Maraqsız və yeknəsək işi olan kreativ birisi yavaş-yavaş sıradan birinə çevrilərək əvvəlki həyat enerjisini itirib zombiləşməyə başlayacaq. Yeni hədəf və ideallardan qaçaraq gündəlik həyatda boğulub ən sonda lazımsız bir çöp kimi aldığı beş-on manat təqaüdlə yaşamaq. Bəlkə də heç o yaşa qədər yaşamayacaqsınız. Ona  görə hobbilərinizdən möhkəm yapışın.

16 Aralık 2012

Epigenetika



Aparılan çoxlu sayda təcrübələr adaptiv fenotipik dəyişikliklərin həmin təsir kəsildikdən sonra 4-5 nəsil davam etdiyini göstərir. Qısaca stressə məruz qalmanın yaddaşı mövcuddur və bu nəsildən nəsilə ötürülür. 

Ananın davranışları körpənin DNT-sində fenotipik dəyişikliklərə səbəb olur.

Bu tip fenotipik yaddaşın mitoz və meyoz zamanı silinməyən xromatin sahələri ilə ötürüldüyü güman edilir.

Epigenetik mexanizmlər insan genomuna birbaşa və dolaylı yollarla təsir edir. Birbaşa təsir edən mexanizmlərə DNT səviyyəsində modifikasiyalar və xromatin səviyyəsində olan modifikasiyalar aiddir. Bu formada olan  modifikasiyalar kovalent və ya qeyri kovalent ola bilər. Nəticə etibarilə genlərin səssizləşməsi baş verir ki bu da geni inaktiv edəcək mutasiya və ya delesiya ilə eyni nəticəyə gətirib çıxarır. 

Bunlar genomun dəyişməsi demək deyil amma fərqli  nəticələrə gətirib çıxarır. Proses daha çox 

1. DNT-nin metilləşməsi fonunda gedir. 
2. Feed-forward avtorequlyasiyası hələ kifayət qədər araşdırılmayıb. 

Dolayı yolla olan mexanizmlərə isə DNT transkripsiyasından sonra iRNT-nin mRNT-ni inaktiv etməsi ilə zülal sintezini əngəlləməsini göstərmək olar. 

Məsələni gündəlik yaşayışımıza gətirsək nəsillərdə müşahidə olunan musiqiyə, şeirə, aqressiyaya meylliliyin epigenetik əsası olduğu məlum olur.

Epigenetika əvvəllər genetik xəstəlik sayılan bir çox xəstəliyin və xəstəliyə meylliyin genetik əsası olmadığını və əslində əsl genetik xəstəliklərin sayının 15-20-ni keçmədiyini iddia edir.    

Epigenetikanın praktiki tətbiqinə gəldikdə isə onu demək olar ki, 2006-cı ildə aparılan təcrübələrdə Mielodisplastik anemiyanın (leykemiyanın bir növü) müalicəsi üçün epigenetik mexanizmlə təsir edən preparat desitabin MDS xəstələrinin 50% sağalmaya gətirir.

Bütün bunlar çoxlu miqdarda araşdırma tələb edən çox geniş məsələlərdir. Maraqlananlar Bu linkdən yararlana bilərlər.


19 Kasım 2012

Sizif əfsanəsi və Sizif əməyi


Sizif- daha doğrusu Sisyphys (Σίσυφος) - yunan mifologiyasında ömürlük ağır bir işə, böyük bir qayanı dağın zirvəsinə qaldirmağa məhkum edilmiş kraldır və Ephyra şəhərinin qurucusudur. Odisseyin atası olduğunu da iddia edən qaynaqlar vardır. Homerin yazdığına görə Zevsin Çay tanrısı Asopusun qızı Aeginayla olması sirrini saxlamaması ucbatından Zevs Hadesdən onun cəhənnəmə göndərilməsini tələb edir. Amma Sizif orda Thanatosu aldadaraq onun özünü zəncirləyir və buna görə bir müddət heç kim ölmür. Heç kim ölmədiyinə görə əsəbiləşən və müharibələrdən ləzzət ala bilməyən Ares işə müdaxilə edib Thanatosu azad edib, Sizifi Tartarusa göndərir. Tartarusdan ona qurban kəsməməsini  istədiyi arvadını guya yola gətirmək üçün  yeraltı kraliçası Persefonadan icazə alıb Ephyraya qayıdan Sizifi Hermes yenidən Tartarusa qaytarır. Bütün bu hiylələrinin cəzası olaraq tanrılar ona Sizif əməyi adlanan həmin ağır cəzanı verirlər. Hər dəfə zirvəyə qaldırdığı daş zirvəyə az qalmış bir formada əlindən sürüşüb çıxır və əziyyət yenidən başlayır.


Buna görə də Sizif əməyi deyiləndə mənasız və bihudə əmək başa düşülür. Bu mövzunu ən geniş araşdırma mövzusu edənlərdən biri Albert Kamyu olmuşdur. Həyatın mənasızlığını və boşluğunu Sizif əfsanəsi ilə müqayisə edən Kamyu sonda intiharı yanlış hesab edir və bunu " Təpələrə doğru təkbaşına didinmək belə bir insanın ürəyini doldurmağa yetər" cümləsi ilə ifadə edir.

9 Kasım 2012

Habitus Servus


Adətən dindar insanların üzlərində - fanatikləri və rola girənləri nəzərdə tutmuram- özlərinin nurlu sifət adlandırdıqları təslim olmuş və rahatlamış bir ifadə olur. Fikrində yaratdığı və real həyatda olan şəxsə tam təslimiyyətdən doğan üz ifadəsi ilə yəqin ki tanışsınız. Yarı gülümsəmə yarı heyranlıqla baxan və məsumluq adlandırılan bir utanmanın qarışdığı mistik hal. Bunun üçün təsadüfi deyil ki, əksər hallarda dini rəsmlərdə kiçik uşaqların rəsmlərindən istifadə edilir. Bunun əsas səbəbi içində şübhəyə yer olmayan azyaşlıda həmin məsum ifadənin daha qabarıq ifadə olunmasıdır.

Dində itaət edilən qüvvədən asılılıq artdıqca bu üz ifadəsi tədricən dəyişilir və bir nöqtədən sonra artıq fanatizmə yuvarlanmanın əyani nümunəsi olan heyrət və fərqli düşünənlərə nifrət bütün mənzərəni korlamağa başlayır. Danışıq zamanı bu şəxslərin  öz dediklərinə reaksiyasını anlamaq üçün diqqətlə fikir versəz və bu sahədə özünüzü inkişaf etdirsəniz qorxu, alçaltma, yalan, qorunma reflekslərini asanlıqla tuta bilərsiniz. Bu mikro mimikaların araşdırılması məsələsi böyük araşdırmalara səbəb oldu. İlk dəfə 1960-cı ildə William Condon saniyənin 1/25-də şüuraltı surətdə edilən mikro mimik hərəkətləri ayırd etdi. Bu mövzuda aparılan bir çox araşdırmadan sonra Paul Ekman Dangerous Demeanor Detection- yəni təhlükəli niyyətin aşkarlanması proyektini reallaşdırmaq üçün mikro mimikalardan istifadə etməyi planlaşdırır. Təsəvvür edin ki, nə qədər professional olsa belə bir oğru və ya intihar üçün bombalanmış biri qeyri- ixtiyari formada mikro mimikalarla daxili niyyətini büruzə verir. 

Bütün bunlara baxmayaraq Ekman detektorları vasitəsi ilə fikir cinayəti adı altında lazım oldu olmadı bir çox insanın həbs oluna biləcəyini nəzərə alsaq bunun qeyri- demokratik və şəxslərin düşüncə azadlığına xələl gətirə biləcək bir cihaz olacağını irəli sürən bir çox alim var. Bunun üçün George Orwell-in "1984" əsərini xatırlamaq kifayətdir. Ancaq bu cihaz şübhəli olaraq nəzarətdə olan şəxslərdə istifadə oluna bilər.

İnsanlara güvənməyin onsuz da çox çətin olduğu bu zamanda məsumluq maskası altında oynanan oyunlar çox təhlükəlidir. Bunu etiraf etmək lazımdır ki, əksər hallarda insanlara sadəcə xarici görünüşünə və üz ifadəsinə baxaraq qiymət veririk. Və maraqlı statistikadır ki, həbsdə yatan insanların 0.3%-dən azı ateistdir. Fikir vermisinizsə ən azılı uşaq qatillərinin, kütləvi qətllər törətmiş şəxslərin üzündə sakit və həmin məsum ifadəni görürük. Bu onların ən böyük silahlarından biridir. Və bunu onlar yenədə inanc vasitəsilə- etdiklərinin doğru olduğuna inancları hesabına əldə edirlər. İnkvizisiyalar, daşlamalar, HNO3-lə üzü yandırmaq, dəriləri soymaq, dar ağacında asmaq tədbirləri də təəssüf ki, doğru olduqlarına inanc ilə həyata keçirilir və Brunoları yandıranda, Nəsimilərin dərisini soyanda üzlərdə həmin məsum ifadə vardır. 

Yazının adındakı Habitus Servus  yenidoğulmuşlarda olan saf ifadəni yox sonradan yaranan formanı ifadə edir. Sual yarana bilər ki, bəs insanın üzündəki ifadə necə olmalıdır? Bunun sadə bir cavabı var: Özünəməxsus. Təəssüf ki, siniflərə, təbəqələrə, inanc sistemlərinə, düşüncə formasiyalarına parçalanmış insanlar mənsub olduqları etiqada və sinifə məxsus ifadə ilə maskalanır.


İnsanlar arasında sadistik xarakterli olanlar gizli bir hörmət qazanır. Hansı ki, bu heç də həmin şəxsin real gücüylə mütənasiblik təşkil etmir. Sadəcə qorxu və ierarxik pillələşməyə meyl və ya köləlik psixologiyası bu itaəti yaradır yəqin ki. Bu mövzuda psixoloqların dərin araşdırmaları vardır. Problem ilk anda aktual bir məsələ kimi nəzərə çarpmasa da əslində insan üzərində hakimiyyətin əsasında bu prinsip özünü göstərir. Tabe olmaq və müqəddəratın başqasından asılı olmanın gizli bir rahatlıq verdiyi fikri daha inandırıcıdır.Hər hansı sadist tipli qurumdan əziyyət çəksə də buna qatlaşan insan özünə bəraət qazanmağa çalışır və tədricən hər iki formada qızğın müdafiəçiyə, buna gücü çatmadıqda isə sadə müti qula çevrilir. Başqaldıran insan olmaq lazımdır amma bu yalnız təsir altında qalmadan edildiyi zaman həqiqətən hörmətə layiqdir. Əks təqdirdə üzündə yuxarıdakı mimika yaranmağa başlayacaq və ola bilsin bu yazını həmin ifadə ilə oxuyursunuz?

26 Ekim 2012

27.10.12

Qara-qara qarıldayan qara qarğalar var dostum, sən onlara fikir vermə, arxadakı mavi fona bax. Qaçaraq uzaqlaş dostum səni gələcəklə qorxudanlardan. Kiflənmiş fikirlərini sənə sırımaq istəyənlərdən qaç dostum. Xeyirləri olsa özləri görərdilər və bunu səndən saxlayardılar. Şübhə xilas edəcək səni, bəzənsə inanc. İnsanlara olan inancın. Damdabacalara, təkbuynuzlu ata, cinə-şeytana olan inancın yox. Və bir insanı çox sev. Mütləq sev.

12 Ağustos 2012

Zaqatalada tolerantlıq abidəsi








Zaqatalada tarixi abidələr adı gələndə uzaqdan şəkli saytlarda dolaşan amma içərisinin vəziyyətini əvvəllər görmədiyim Qala düzündə yerləşən qədim kilsənin vəziyyəti bizim tariximizə olan münasibətimiz və abidələrə olan münasibətimizdə ayrı-seçkiliyi və insanların fərqli dindən olanlara tolerantlığını göstərmək üçün yaxşı misaldır.

11 Ağustos 2012

Heyvan haqlarımı dediniz?






İndi rayonda istirahətdəyəm və burda qonşum tərəfindən başı dırmıq adlanan alətlə çapılmış deşilmiş yarası olan itimizi müalicə edirəm. Yarası çox ağır vəziyyətdə idi. İndi yavaş-yavaş düzəlir. Yazıq it yerə düşən şoru yeyirmiş :(

29 Temmuz 2012

Ehh

Sabaha ümidlə baxan zavallılar
Keçmişdən boylanan əcdadlarının kəsilmiş başları
Və qanlarının kəsif üfunət iyində eşələnən dozanqurdular
Hələ də ruhdan salmır bu insanları...
Min illərlə düzəlməyən insan xisləti
Özündən fərqliyə düşmənçilik illəti
Savadsızlıq sevdası
Və əsrlərin mirası
Əbədilik rüyası
Düzəlməyəcək zaman
Düzəlməyəcək inan
Azərbaycan

12 Temmuz 2012

12.07.2012

Ağır -ağır en yer üzünə
Və hər kəsin sürətli həyatına
Gülərək narahatlıqlarını dinlə
Gözlərini yum...
Və dinlə onları.
Sənə planlardan danışacaqlar
Məqsədləri özlərini dinləməkdir
Fərqli olduqlarını
Ağıllı olduqlarını
Zövqlü olduqlarını isbat etmək istəyirlər :)
Çünki hər şey tamaşaçılar
Dinləyicilər
Oxuyucular üçündür...



5 Temmuz 2012

Qocalmış quru əllər cadar-cadar
Titrəyərək qəpik dilənərkən 
Xərclənən milyonlar 
Və at gözlüyü ilə həyata baxanlar.
Qurumuş vicdanlar 
Və soyuq baxışlar altında əzilən insanlar 
Bəs sən...
Kimsən?


13 Haziran 2012

Bulvarofillər

1-2 faiz insanını çıxmaq şərtilə bu millətin gəncliyinə baxıram və utanıram ki deyim mən də azərbaycanlıyam. Bu qədər düşük və miskin kütlə varmı görəsən dünyanın harasındasa? İQ o qədər aşağıdır ki, debil hərəkətlərinə baxdıqda öyümə hissi gəlir. Deyəcəyim sözlər yiğilib düyünlənir boğazımda. Bir balaca patriotluğa azca yaxınlaşan hisslərim vardı onlarda məhv olub gedib. Bakıda baş verənlər sadəcə gəncliyin deqradasiyası deyil, bütün millətin məhvidir.Bunu şablon kimi demirəm. Dövründən şikayətlənmək tarixdə çox rast gəlinən hadisədir. Bu coğrafiyada baş verənlər isə tamam başqa formada və zəmindədir. Əyalət və  şəhərin miks forması, heç bir gələcək vəd etməyən, zövqsüz, savadsız və qabiliyyətsiz bulvarofillər.

7 Mayıs 2012

08.05.2012

Üstümdə bir yığın yük var
Çəkisiz, kütləsiz
Əzirlər məni yüngüllükləriylə...
Baxma mənə ümid kimi
Xeyrim yoxdu heç özümə
Nə desən razılaşacam
Yorulmuşam
İnandırmaq arzunuza tamaşa etməkdən...
Sizinle eyni düşünənə
Daha çox hörmət edirsinizsə
Gedin öz problemlərinizi həll edin.


4 Mayıs 2012

1 Mayıs 2012

Baki metrosu

Üzlär asiq, üzler ciddi. Cibler bosh, xeyallar ciliz. Geyimler qara, dishler qizil...Gulmeyen dodaqlardan parildamayan yuyulmamish dishlerini qizilin pariltisi evez edecekmish ;)

17 Nisan 2012

Yağmur


Ayağımdan asılmışım... Karşıma çıkacak ilk olan her neyse sarılacağım sımsıkı. Yağmur yağmış üzerime ve öylece bırakmışlar kurumam içim güneşsiz boşluklara. Dipsiz kuyuların sonsuz karanlığına esir düşmüş ruhum, levha -levha parçalanarak. Birşeyler kaldıysa bile boşuna. Tamir edilemez durumdayım ve eğer illa da bişeyler yapacaksan kurut beni. Suyun üzerimde kendi- kendine kurumasından nefret ederim... Bi kalıba sokmaya çalışır sanki derimi buruşturarak..

18 Mart 2012

İxtisasım və bu ixtisasda irəliləmək mərhələsində yol ayrıcı sayıla biləcək bir mərhələdəyəm. Bir tərəfdən işləmək və pul qazanmaq lazımdır. Amma tam professional olmadan bu işim özümə xoş gəlmir. Zaman keçir. Yerimdə saya bilmərəm. Bir şeylər edəcəm yəqin ki...

8 Mart 2012

Kiçilib bir qum dənəsi qədər olursan bəzən, bəzən də sığmırsan dünyaya. Eqoistlik edib depressiyaya düşmək ya da insanlara qarışmaq var.

1 Mart 2012

Bir qadının anlamadığım bir dildə hüznlü səsini dinləyirəm. Adı maraqlı deyil musiqidən uzaq qalmışdım bir ara ondandır səthi görürdüm bəzi hadisələri. Musiqi ayrılmaz hissəm olmadıqca həyatın ritmlərindəkindəki oynaqlığı və dərinliyi duya bilmirəm bəlkə də.

28 Şubat 2012

Bəli bugündən sonra hər gün yazmağa çalışacam. Oxucu sayının çox az olduğunu bilirəm.Amma olsun bu əsas deyil yazmaq lazımdır. Araşdırma mövzularına üstünlük verəcəm. Oxuduğum kitablardan, verilişlərdən filan.

27 Şubat 2012

Azərbaycanlı gənclərin Almaniyaya qarşı artmaqda olan marağı- problemlər və bəzi həll yolları


Azərbaycan gənclərində (əlbəttə bu yazıda inkişafa, elmə marağı olanlar nəzərdə tutulur) son 4 ildə Almaniyaya qarşı simpatiya get-gedə artmaqda davam edir. Bunun bir sıra məntiqi səbəbləri var.

Elm dalınca xaricə üz tutan gənclərin qarşısında duran ən əsas problemlərdən biri maddi problemlərdir ki Almaniyada Universitetlərin əksəriyyəti demək olar ki, pulsuz (illik Universitetə 1000 Evro) təhsil imkanı təklif edir. Qonşu Türkiyəni çıxmaq şərtilə bu qədər səviyyəli və sərfəli təhsil imkanı təklif edən ikinci bir ölkə yoxdur. Lakin Almaniyada oxumaq üçün yaşayış pulu da lazımdır ki, bu da orta hesabla 500-700 Evro arasında dəyişir. Bu miqdarda şəhərlər arasında fərqlər vardır.

Qalır bir əsas problem- Alman dili. Tibb ixtisaslarını çıxmaq şərtilə digər ixtisaslarda ingiliscə də təhsil almaq mümkündür. Bunun üçün TOEFL və ya İELTS nəticələri olmalıdır. Tibb ixtisaslarına gəlincə onu qeyd etməliyəm ki, bakalavr səviyyəsi üçün DSH, rezidentura üçün ən azı B2 dərəcəsinə müvafiq sertifikatın olması vacibdir. Bakıda hal-hazırda bu ehtiyacı nəzərə alan kursların sayı artmaqda davam edir. Əvvəllər sadəcə Odlar Yurdunda olan Siegen Uni ilə əməkdaşlıq edən DSH kurslarına daha sonra Goethe İnstitut və BDM əlavə olundu. Yaxın zamanlarda Heidelberg Uni ilə əməkdaşlıq edəcək DSH kurslarının açılması da gözlənilir. O cümlədən Bakıda əvvəllər o qədər də populyar olmayan alman dili müəllimləri artıq axtarılır və yüksək maaşla işə dəvət olunur.

Fərz edək ki, bütün sənədləriniz qaydasındadır və almanca bilirsiniz və ya öyrənməyə başlamısınız. Qarşıya Zulassung və Einladung yəni dəvət almaq problemi çıxır. Bürokratik əngəllər və xırdaçılıqlar + alman dəqiqliyi həqiqətən sizi yora bilər. Qəbul olunmağın bir neçə yolu var.

1.Bunu şəxsən özünüz e-mail vasitəsilə yazışmaqla həll edirsiniz. Universitetlərin saytında Beynəlxalq əlaqələr şöbəsi olur həmişə.

2.Bunu sizin üçün edəcək qurumlara sənədlərinizi göndərirsiniz. Məsələn (AlunatPro (bütün universitetler klinikalar üçün), Uni-assist (Bakalavr və master üçün bəzi universitetlərdə))
O qədər də böyük olmayan ödəniş etməklə qəbul olunmamaq və s. kimi problemlərdən canınızı qurtara bilərsiniz)

Son olaraq maddi problemləriniz varsa onu qeyd edim ki, Almaniyada dəvətiniz varsa və siz Azərbaycan üçün prioritet sayılan ixtisaslardan birinə yiyələnmək istəyirsinizsə Təhsil Nazirliyi vasitəsilə Dövlət Proqramı ilə stipendiya almağınız mümkündür.

2 Şubat 2012

Röntgenbefund

Grundsätzlich muss vor jeder Diagnosestellung und Therapie immer ein Röntgen- Paradontalstatus erhoben werden.
  • Panoramaschichtaufnahme gewähren zwar einen groben Überblick, sind jedoch für die Beurteilung der Feinstrukturen und die Abschätzung einer möglichen Erhaltbarkeit der vorhandenen Restzähne ungeeignet.
  • Beim Zahnlosen sollten Panoramaaufnahmen angefertigt werden, um den Atrophie-zustand beurteilen zu können oder wenn der Einsatz von Implantaten in Erwägung gezogen wird.
R.W.Ott

28 Ocak 2012

...

Bir heç olduğunu anlamaq üçün səmaya baxmaq lazımdır. Sərhədlər lazım deyil dünyaya amma bizi ayıran sərhədlər tikanlı məftillərdən olanlar deyil beynimizdəkilərdir. Mənimlə sən, səninlə o fərqlidir. Amma yenədə səmaya baxdıqda bir heç olduğunu və bu fərqlərin böyük əhəmiyyəti olmadığını anlamalısan. Dünyanı daha yaxşı bir yer halına gətirmək istəyən beyin olmaqmı, bir kənarda sakitcə bütün olanları seyr etməkmi. Budur seçim. Nədir mənalı olan və nədir bu məna axtarışına olan böyük istək?

26 Aralık 2011

Just relax :)


Mən varam, qumların üstündə ayaqyalın gəzə bilərəm barmaqlarımın arasına dolan sarı qumları təmizləmədən dalğaların zərbələrini dinləyərək. Al-əlvan rənglənmiş hava balonunda yuxarı qalxarkən qarışqa yuvaların bənzəyən pəri bacalarına tamaşa edə bilərəm. Qurumuş və tozlanmış saçlarımı daramadan, ətrafımdakıları görmədən sonsuz bir boşluğa doğru yeriyirəmmiş kimi küçədə sifətimdəki lüzumsuz görünən gülüşümlə salamlaya bilərəm tanımadığım insanları. Və bir an belə düşünmədən bunun mənə nə qazandıracağını və nə itirəcəyimi.
Qaralsın göy üzü və şimşəklər çaxsın qübbəni parçalayan. Bunlar sadəcə sənə içindəki sakitliyi qorumağın nə dərəcə vacib olduğunu bir daha göstərsin. Qızarmış gözlər, sıxılmış yumruqlar və titrəyən çənələr heç nəyi həll etməyib bu dünyada və etməyəcək.

24 Aralık 2011

Change

Sinusoidin qollarında dalğalanaraq bir yerlərdən tutmağa çalışan qollarımı ümidsizcə uzatmaqda davam etdiyim müddətcə hər şey normal görünəcək. Hara getsən də bu bədən bu düşüncələr səninlə olacaq və onunla barışsan daha rahat olacaq hər şey. Dəyişməklə yeni bir şey əldə etməyəcəksən sadəcə təbiiliyindən bir o qədər uzaqlaşmış olacaqsan. Əslində son olan olan ölüm deyildir, senin özün olmağı unudub başqalarına bənzəməyə çalışdığın andır. Birilərinin funksiyasına qoşularsan və koordinatlarını itirərsən. Geri dönmək istədiyində mənliyini tərk etdiyin yerdə tapmayacaqsan. Tapsan belə tanımazsan onu. Necə ki, yunan filosofu deyirdi, eyni çayda iki dəfə çimə bilməzsən.

Cəsarətli olanlardan hamı çəkinir. Sən inadla dəyişməməyə qərar verdikcə onlar sənə bənzəməyə başlayacaqlar.

13 Aralık 2011

yatmazdan əvvəl bir neçə sətir )


Bir vaxtlar saqqızlar var idi Turbo filan. Terkiblerinde ne qeder zərəli maddələr var idi və s. vecimə deyil sadəcə onu bilirem ki, dadlı idilər. Və ya o zaman mənə elə gəlirdi. Təqribən indiki Nestea şaftalı dadında. Keçən dəfə mağazada mene xırda əvəzinə bu saqqızlardan verdilər. O yaddaşımda qalan dadı ala bilmədim.Həmin saqqızlardan çıxan şəkillərlə oyun oynayardıq. heç vaxt tam kolleksiya yığa bilmirdim. Hemişə hansısa çatmırdı. Və onları axtara-axtara gördüm ki, həmişə hər şeyə nail olmaq istəyirik amma nə isə çatışmır. Bu boşluğu bəzisi içki ilə, bəzisi səyahətlə, bəzisi oxumaqla doldurmağa çalışır amma buna çalışdıqca o boşluq sanki daha da dərinləşir və həmin boşluqda qərq olur insan. Və sonda anlayır ki, onu doldurmaq və ondan qorxmaq lazım deyil. İnsan yaşadıqca əslində bütün bu ətrafda baş verənlərin nə qədər səthi və boş olduğunu anlayacaq, bəzisi tez, bəzisi gec. Amma siz yenə də silahlarınızdan- qələminizdən, ştopferinizdən, klaviaturanızdan əl çəkməyin. Onlara sarılmasaq və möhkəmcə yapışmasaq kim tutar ki bizi bu dunyada.

6 Aralık 2011

Ehh...


Insanlardan hörülmüş divarlarla sixılmış kimiyəm. Tanış olmayan məmləkətlərdə tanış olmayan insanlarla danışıb heç görmədiyim yerlərə tamaşa etməliyəm. Və başımı qaldırıb ulduzları salamlayarkən gecə yarısı içimdə ən kiçik bir hüzün qalmamalıdır. Dünyanın bir zərrəsi olduğunu anlamalı insan onunla bütünləşərək. Kiçikliyini anlamalı ki, böyüyə bilsin. Özünü böyük hesab edən niyə böyüməyə can atsın ki? Jostein Gaarderin de dediyi kimi, insanlar sehrbazın dovşanının tüklərinin dibində yaşamağı seçirlər böyüdükcə. Halbuki uşaqlar her şeyə necə də maraq göstərirlər. Sonra bizim üçün adiləşir hamısı. Tüklərin zirvəsinə çıxıb ətrafı maraqla seyr etməkdənsə tükün dibində isti yerimizdə yaşamağı üstün tuturuq. Və elə orda da kəpəklənib yox oluruq.


4 Aralık 2011

05.12.2011


Geyin qara kurtkanı
və ucu şiş tuflilərini
Qızıl dişlərini parıldadaraq
Sür 07-ni
Bakı küçələrində
Təkərlərini asfaltda cırıldadaraq...
Daraq, daraq lazımdır,
Tellərini önə daramaq üçün.
Və əlbəttə ayaqlarına yapışan şalvarın...
Tələsməlisən bu gün ağır gündür
Manchester üçün
Şot yazmağa az vaxt qalıb.
Amma beynində ağır fikir burulğanları
Fikrin Röyanın fanatı o qızda qalıb..



16 Kasım 2011

Biri var idi, biri yox idi. Təpələrdən yel kimi, dərələrdən sel kimi.... Nağıllarla böyüdük, nağıllarla yaşayırıq. Böyük adam olmaq, ideyaları gerçəkləşdirmək üçün durmadan çabalayır insan. Və sonda gözlərini yumduqda tonlarla başa çatdırmadığı işləri arxasında qoyur və gedir. Sırf bu mövqeyimiz dəyişdi bu dünyanı və dəyişməkdə davam edir. Çox yayılmış bir ifadə var, bədənin əsiri olmaq. Amma məncə insan bədəninin yox beyninin əsiridir. Bədən elə sizsiniz, onu ələ keçirən bizə özünü biz kimi tanıdan beynimizdir. Bədənə qarşı gələn də odur. Amma ondan imtina da edə bilməz çünki bioloji olaraq var olmaq məcburiyyəti buna mane olur. Qərarlarınızı verdiyiniz vaxt seçim edərkən məntiqi bir əsası olmasa da sırf intuitiv bir qərar verdikdə bunu hiss etdinizmi ki, beyin qısa müddətli də olsa tam müstəqilləşə bilmir.


Tozun içində sürünəndə burnuna və ağzına o qədər toz dolar ki, nəfəs ala bilməzsən və üzünü günəşə çevirib onu günahlandırırsan ki, əziyyətini görür və üstəlik bir də arxadan bıçaqlayan xain düşmən kimi hücum edir. Tərlədikcə boynundan və alnından süzülən tər damcıları toza qarışıb palçıq kimi düşərlər yerə. Ya da cəbhədə bir fevral axşamı postda yarım metr irəlini görmədiyin və nəfəsindən başqa bir səs eşitmədiyin, dizdən aşağı ayaqlarını hiss etmədiyin vaxt 25kq- lıq bronniy jilet və AKMS üstündə olduğunda birini günahlandırmaq lazımdır. Əvvəlcə ermənini,sonra zabiti, çavuşu, yanındakı əsgəri söyərsən. Və yadına Bakıda əsgərlikdən yayınıb Bugattidə gəzənlər düşər, söyülmədikləri yerləri qalmaz. Acığın yenə soyumaz. Sonra deyirlər ki, milli orduda söyüşü və davanı yığışdırmaq lazımdır. Bunu deyənlər Bakıda isti kabinetində oturub nəzəriyyə irəli sürənlərdir.

13 Kasım 2011

Turşu ilə işləmənin metodikası


Kompozitlərdən istifadə zamanı digər materiallardan fərqli olaraq ən əsas problem - kənari mikrosızmadır. Məsələn amalqamlarda zamanla korroziya hesabına bu problem az olur. Digər materialların bəziləri residivlərin əmələ gəlməsinə qarşı fluor ifraz edərək müdafiə olunmuş olurlar. Amma kompozitlərdən istifadə zamanı belə imkanımız yoxdur. Buna görə də həkimin qarşısında ciddi bir məsələ- boşluq divarı ilə plomb materialı arasında adaptasiya yaratmaq problemi durur. Bunun üçün başlanğıc effektiv metod boşluq divarının turşu ilə işlənməsidir. Mina qatı 35%-li ortofosfat turşusu məhlulunun gel forması ilə işlənir. Növbəti vacib məqam turşunun və onun aşıladığı hissəciklərin yuyulmasıdır.Əgər bu lazımınca yerinə yetirilməsə kompozit minaya nüfuz edə bilməz. Turşunun yuyulması üçün minimal müddət 30 saniyədir. Daha sonral 15 saniyə qurutmaq üçün ayırmalı. Hər hansı bir maye hissəciyi adheziyanı pisləşdirəcək. Aşılanmış hissəyə tüpürcək dəydikdə sadəcə yumaq və qurutmaq kifayət etmir, bu halda 10 saniyə turşu ilə təkrar aşılamalı və proseduraya davam etməli. Bu formada plomblanmış dişlərdə kənari mikrosızmalar olmur. Kompozit və minanın birləşməsi isə 16-22 MPa təzyiqə davam gətirir.

12 Kasım 2011

Diş kanallarında alətlərin qırılması


Alətin kanalda qırılması həm həkim həm də pasiyent üçün ən ağır ağırlaşmalardan biridir.Qırılmış hissənin kanalda qalması endodontik müalicənin proqnozunu kəskin pisləşdirir və hətta dişin çəkilməsinə səbəb olur. Alətin kanalda qırılmasının əsas səbəbləri :

- alətlə işləyərkən lazım olduğundan artıq qüvvə sərf etmək;

- aləti kanalda məsləhət görülən bucaqdan artıq döndürmək;

- deformasiya olunmuş alətlərlə işləmək;

- diş boşluğunun düzgün açılmaması;

Profilaktika məqsədi ilə:

- alətlərin istifadə qaydalarına uyğun ehtiyatlı və səliqəli işləmək;

- kanalda fırlanma bucaqlarına düzgün riayət etmək: K-rimer-180, K-fayl-90,dar və əyri kanallarda bu bucaqları 20-30-ə qədər azaltmaq lazımdır. H-faylları kanalda firlatmaq olmaz.

- kanalları genişləndirmək üçün olan gellərdən mütləq istifadə etmək lazımdır.

- Işə yaramayan alətləri vaxtında tullamaq

Endodontik alətləri tullamaq üçün kriteriyalar:

- plastik deformasiya

- əyilmə

- kəsici dişciklərin zədələnməsi hansı ki, xüsusi parıltılı olur həmin hissələr.

- Pulpekstraktorlardan birdəfəlik istifadə

Ağırlaşmalardan qaçmaq üçün həkim qayda və prinsiplərə əməl etməli və tələsməməlidir.

3 Kasım 2011

Kənddə bir axşam


Bayırda yağış yağır. Damcılar evimizin ağ rənglənmiş, bəzi yerləri çürüdüyündən bozumtul rəng alan pəncərə çərçivələrindən içəri sızırlar. İçəridə yanan dəmir sobanın qapağından yayılan alovun işığı elektriklər kəsildiyindən qaranlığa bürünmüş otağı əsrarəngiz bir məkana çevirib. Sobanın yanına sərilmiş döşəkdə ayaqlarımın üstündə pişik xumarlanır.Otaqda sadəcə yanan odunun çırtıltısı və təzəcə qaynamağa başlayan çaydanın səsi sükutu pozur. Zaman yavaşlamış, saniyələr sanki dəqiqədə bir vurur. Heç nə fikirləşmək istəmirəm. Amma bu özü də bir fikirdir. Heç fikirləşməmək fikri.Sobanın istisi ayağımı yandırmağa başlayır. Ayağımı çəkirəm, pişik mənə tərəf narazı halda baxır. Ayağa qalxıb əsnəyir və belini qabardır, yenə də uzanır amma bu dəfə ayaqlarını bir tərəfə uzadıb pəncələrini yalayır. Yağış güclənir. Külək həyətdəki xurma və gilas ağaclarının yarpaqlarını yerə tökür. Səhər hər tərəf palçıq olacaq amma bu məni maraqlandırmır. Kənddə yazda və payızın əvvəlində çox iş olur. Qalan vaxtı əlbəttə əgər tədarük görə bilmisənsə dincələ bilərsən. Tənbəl-tənbəl qalxıram ki, sobanın üstündə asılmış qurudulan ətdən bir tikə qoparım. Əlim çatmır. Pişik maraqla yuxarı boylanır. Hiss edir ki, yaxında ona da nəsə çata bilər. Stulun üstünə çıxıram. Nəhayət bir tikə qopardım. İstədiyim kimi duzlu ve bərk bir tikə. Pişik miyolduyur. He, lap yadımdan çıxmışdın pişik. Ona da balaca bir tikə verirəm. Dartışdırmağa başlayır mənim kimi. Yağış bir az yavaşladı. Belə daha yaxşıdı. Hay-küy nəyə lazımdı ki?...

23 Ekim 2011

Nəsə mənalı işlərlə məşğul olmaq lazımdır. Sabah gülümseyib xatırlaya biləcəyim. Gece keçir, yatmaq istəmirəm çünki bu gün elə bir şey eləməmişəm ki, sabah yadıma düşsün. Günlər elə tez keçir ki, yaşlanmağa da imkan tapmırsan. İstəmirəm yaşlanmaq o ayrı məsələ :)

22 Ekim 2011

Yene de qayitdim. Esgerlik de bitti. Her shey evvelki kimi deyil amma deyishenin ne oldugunu da tapmaq chetindi. Almaniya meselem gozlemekde davam edir. Stipendiya verilmese onsuz da gede bilmeyecem. Bu muddetde bosh durmaq olmaz deyerek bakidan bir kenarda bir kabinet goturmushem. Vaxtimi orda kechirecem. Hem sakitchilik olar, hem de ki en azindan oz ishimle yavash-yavash mesgul olaram. Azerbaycanda yashamaq heqiqeten chetinleshir. Yazilara davam. Onsuz da indi hami yazir :)

26 Ağustos 2010

Üzəri irili-xırdalı daşlarla dolu olan yamacda taxtadan düzəldilmiş bir koma vardı. Ətrafına kanal çəkilmiş içəri sel suları dolmasın deyə. Görülən bütün işlərin tək bir insanın əməyi olduğu açıq nəzərə çarpırdı. Zərdüşt öz mağarasına çəkildiyi kimi o da öz komasına çəkilib ikiayaqlılardan uzaq olmağa çalışırdı. Asosial olmağın gətirdiyi çətinliklərlə savaşması xeyli vaxtını almışdı. Asan deyildi genlərə qarşı olan bu mübarizə.
Nietzschenin Zərdüştünü təkrarlamadı. Enmədi insanlığa. Çalışmadı insanlığa xeyir vermək üçün. Mizantrop deyildi amma insanlar onu bir çənbərə sıxır və ondan nəsə özlərinə bənzər bir şey düzəltməyə çalışırdılar. Oxumadı onların vətən, sevgi, dostluq, azadlıq tərənnüm edən əsərlərini. Və beləcə öz əsərini yarada bildi.
İnsan hər gün dəyişir amma nədənsə dəyişdiyini büruzə verməkdən çəkinir. Köhnə tanışları gördükdə onların çox dəyişdiyini lakin yenə də əvvəlki vaxtlarda olduğu kimi davranmağa çalışdıqlarını görürəm. Sanki qarşı tərəfdəkinin yeni Onu fərqli qəbul edəcəyindən çəkinir və nəticədə özünü süni aparmaq əziyyətindən qaçmaq üçün həmin insandan uzaqlaşırlar.
Qanadlanıb uçmaq sonsuz ənginliklərə və geri dönməmək. Bir dəfə olduğum yerdə ikinci dəfə olmaq istəməmək arzusu baş qaldırır bəzən içimdə. Həyatın yaddaşımda qalan forması çox daha gözəldir. Çünki onu özüm bəzəmişəm, reallıq isə bunun belə olmadığını çılpaqlığı ilə kobud surətdə üzümə çırpır. Real olan dünyada baş verənlər sərt bir porno kimidi. Açıq-saçıq, sifətində həyasız bir gülümsəmə olan fahişəni xatırladır həyat. Bəzən geyinir, özünü ədəbli, vəfalı kimi təqdim edir amma mən onu yerişindən tanıyıram.

Gözlərimdə eynək var ona görə yox ki çox zəif görürəm. Sadəcə azacıq bulanıq görmək məni əsəbiləşdirir. Əslində azca miop olmağın üstünlüklərindən biri odur ki ətrafdakılar fikrini dağıtmır. Amma həqiqətlərin bəzəksiz, çirkin görüntüsü pudralanmış yalanlardan daha az incidir məni. Və hər şeydə bir gözəllik axtarmaq lazım deyil. İyrənc olan iyrəncdir. Hə, kimə görə, hansı zamanda o ayrı məsələ. Əsas olan indi nə hiss etdiyinizdir. İndiyə qədər yaddaşımda olan keçmişimi bəzədiyimi dedim az əvvəl. Bu bir növ dezinfeksiyadır. İnsanın içində olan daha yaxşıya olan inamın itməməsi üçün bəzi reallıqları görməməsi lazım gəlir təəssüf ki...

17 Temmuz 2010

Yaz

Əvvəli və sonu olmayan bir roman yazmaq istəyirəm ... çünki həyatda tam mənada heç nəyin əvvəli və sonu yoxdur. Bu sondur dediklərimiz başqa spektrdən başlanğıc hesab oluna bilər. Canlandırdığım obrazlar özüm olacam. Daha doğrusu fərqli situasiyalarda fərqli olan mən. Bu oyunda qalib gələn də, məğlub olan da özüməm. Və məndən bəhs edən bir romanın başqası tərəfindən yazılmasını istəməzdim, bu varlıq daha üstün zəkalı olsa belə. Biriləri tərəfindən yazılmaq istəmirsinizsə siz də öz həyatınızı özünüz yazmağa başlayın. İndinizi yazsanız gələcəyinizin avansını almış olacaqsınız.
Itiləyin qələminizi. Doğrular bir süngü kimi sancılsın kağıza. Ürküdücüdür doğrular. Insanın özündən belə gizlədiyi o qədər həqiqətlər var ki, bunları kağıza tökmək çətin olduğu qədər də təhlükəlidir. Təhlükə burda ondan ibarətdir ki, əslində fərqli biri olduğunu aşkara çıxara bilərsən. Və bu sarsıda bilər səni. Öz romanınızı yazmağa çalışın, novellaya çevrilmə ehtimalına baxmayaraq.

19 Haziran 2010


Bu cəmiyyətdə yaşamağı seçmiş insan kimlərəsə xidmət etməyə məcburdur. Bu kimlərisə seçməkdə azaddır. Və azad, müasir insan qarşılıqlı olan bu yardımlaşmada belə, qarşı tərəfdən daha çox mənfəət əldə etməyə çalışır. Nəticədə uduzan tərəf bununla barışır amma fürsət tapdıqda özündən daha zəiflərdən bunun əvəzini çıxır. İnsan cəmiyyətinin davamlılığı ən zəiflərin fəaliyyətinin belindədir. Əgər kasıb bir insan reklamda gördüyü chipsə və ya lotoreyada uduşa qoyulan Nissana sahib olmaq iddiasında olmasa bu cəmiyyət müflis olar. Hər evdə bir televizor olmasa, hər televizorda insanları standart hesab olunan yaşamaq şəklinə həvəsləndirən verilişlər olmasa insanlar öz təbiətlərinə daha uyğun zövqlər ilə yaşayarlar. Məsələn bir kənddə yaşayan gənc üçün ən gözəl ətir yenicə biçilmiş ot ətri və ya tozlu yollara yağan yağışdan sonrakı ətirkən media bunun belə olmadığını, ən gözəl ətrin estee lauder olduğunu deyir. Beləliklə də böyük oyun başlayır. Rejissorlar məlum... ssenari məlum.... aktyorlar məlum. Gözəl tamaşalar arzu edirəm :)

15 Haziran 2010

Bədəni və beyni ayırmağa çalışır milyonlarla insan, halbuki onlar sevgilidir.Ətdəndir beyin ilahiləşdirməyək onu. Nə diqtə edir etsin fərqi yoxdur sonda öz harmoniyasını və qlükozasını təmin etməkdir məqsədi.

14 Haziran 2010

Zevs


Bakıda SSRİ-den evvel tikilen binalarin ekseriyyeti qedim yunan mifoloji obrazlarıyla zengin olurdu. Indi temizlenen binalarda goze carpmaya baslayirlar. Bakinin hemin onmetrliklerinde ozumu Avropada hesab etmeye çalışıram. Maraqlı cəhət ise bu incəsənət əsərlərinin ümumiyyetle incesenetle elaqesi olmayan şexsler terefinden temizlenmesidir. Bu gun maraqli bir menzereye şahid oldum. Sahil metrosunun yaxınlığında ustalardan biri elindeki laqondayla naxişlara öz zövqünə ugun ornamentler elave edir, çatışmazlıqları aradan qaldırırdı. Deyesen Zevsin bığları nese xoşuna gelmemisdi. Zevs de acıqla bu cavan oğlana baxır, onu bu binaya yerleşdirenin yaxın qohumlarını .... yad edirdi.

17 Mayıs 2010


Idealizme sürüklenerek maddeden uzaqlaşmaq isteyir insan tarix boyunca. Amma her addımda et yığını olduğunu anlayaraq irkilir. Çetindir insanın bunu qebul etmesi çünki bu sivilizasiyaya uğrunda ölünecek ideallar lazımdır.

Azadlıq... Azadlıq onun uğrunda vuruşarken seninledir. Elde etdiyini fikirleşdiyin anda uçub getmişdir elinden.
Veten... Ayağımı basdığım her torpaq vetenimdir menim. İlk hasar çeken insanı boğmalı idiler.

Sevgi... Bir an davam eder o hiss amma bezen butun heyatını o anın xetrine feda edir insan.



4 Nisan 2010

Breaking Bad


Son vaxtlar izlediyim en yaxshi serialdir deye bilerem. Walt yeknesek heyatdan sonra agciyer xercengi oldugunu bilen bir kimya muellimidir. Bu diaqnozdan sonra ailesi uchun miras qoymaq uchun kimya biliklerini metamphetamin elde etmek uchun istifade edir.Elbette ishler hech de istediyi kimi getmir. Heqiqeten butun omuru bir ishde seherden axshama qeder ishleyerek kechirmek qeder berbad bir shey yoxdur yeqin ki. Duzu menim ixtisasim da o qeder urekachan deyil. Stomatoloq da demek olar ki, her gun pasientlerle mesgul olmaga mecburdur. Amma soz vermishem gun erzinde 5 saatdan artiq calismayacam.

27 Kasım 2009


Sorğuya çekmekden qorxuram artıq özümü, çünki her defe başqa biri ile qarşılaşıram. Bu başqa biri bütün sirlerimi bilen bir başqa menem ve bu öz özümle şahmat oynamama benzeyir, hansı ki onu da tez-tez sinaqdan keçirirem. Şahmat taxtası üzerinde problem olmur amma heyatda çetindir. Karuneshi dinleyirem.Bir az olsun şeherin ses küyünden uzaqlaşdırır insanı. Bu sakitlik ve uzaqdan eşidilen fleyta sesleri. Heyata sesleyir insanı amma bununla beraber ondan berk-berk yapışma deye fısıldayır qulağına.Eslinde tutmağa deyer deyerler axtarışında keçir heyat ve sonda anlayır ki insan eslinde axtardığı ele özü imiş. Konfutsi demişken, bir çiçek bağçası ve kitablarım. Ve musiqi. Amma hamı bele yaşamaq istemesin çünki ferqli olmaq isteyidir eslinde insanlari eyni eden!

7 Eylül 2009

Karvan


Günlər bir-birini izləyir. Həqiqətən elə izləyir ki, öndəkinin izindən ayrılmaqda inad edir. Və izlədikcə bir-birini bu günlər, karvan ömür sərmayəsini belinə alıb aparır. Onlar daşıdıqca dəvələrə hücum edib bir şeylər qapmağa çalışırsan. Karvan sahibi heç nəyi savaşmadan vermək fikrində deyil. Amma silahın varsa başqa məsələ. Əslində silahı da elə ondan almısan. Öz silahından hər kəs çəkinir. Bir də silahsızlar var bu dünyada. Dilənməkdən başqa bir şey gəlmir əllərindən. Karvanın artıqlarını yeyərək bunu başqalarına üstünlük kimi qələmə verirlər. Əllərində imkan olsa karvanı çapıb talayarlar.

30 Ağustos 2009

Bir fikir


Bu günün insanı başqalarından öyüt dinləyəcək vəziyyətdə deyil. Çünki min illər boyunca baş verən hadisələrdən nəticə çıxaracaq qədər beyni işləmirse ona heç bir nəsihət də fayda verməyəcəkdir. Standart biliklərin öyrənilməsi vacibdir, lakin bu proses bir müddətdən sonra həmin şəxslə uzlaşaraq özünəməxsus fəlsəfəsini yaratmırsa proses yarımçıq qalmışdır. Təəssüflər olsun ki, bu mərhələni aşan insanlar belə nəsihət vermək istəklərini cilovlaya bilmirlər. İnsan doğrularını başqasına anladaraq hemin insanın inkişafına səbəb olacağına şübhəm var. Yetkin insan həyat qaydalarını oxuyaraq, görərək, netice çıxardaraq və öz prizmasında sındıraraq yaradır. Fikirleri aşılayaraq yalnız qara kütləni öz ardınca apara biler bəzi insanlar. Bu kütlə isə həmin fikirləri o səviyyəyə endirəcək və sahiblənəcək ki, artıq onun sahibi bu fikirlərin ardından sürüklənməkdədir və o bunu istəmirdi. Tarixdə belələri çoxdur. Inanıram ki, nə vaxtsa həyatda hər insan fərqli düşüncəyə sahib olacaq. Və onların cəmi insanlara nisbilik prinsipini praktik göstərəcək. Bu anarxiya olmayacaq.

12 Ağustos 2009

Counter Strike


Bir kütle yaşayır Xezerin sahilinde her gün Counter Strike oynayaraq. Özlerini dahi hesab bu eden bu qarabalalar söymeyi böyük bir qabiliyyet hesab ederek müxtelif variasiyaların keşfi ile meşğuldurlar. Ve onların içerisinde en dahi hesab olunanlar şikest ruscalari ile odnoklassniki de qızlara mesaj yazmağı bacaranlardır. Tebii ki bir de yekeqarin dedelerinin hesabina aldıqları maşınlarını iki tekere qaldıranlar ve onlara baxıb en nifret etdiyim `efiiiirrrr` deye anqıranları (bu xoş ifademe göre üzr isteyirem) da nezere almaq lazımdır. Yeqin ki çoxlarının xetrine deyecek amma cehenneme ki!Tarix boyunca bu cografiyada genclik medeniyyeti formalaşmayıb. Exlaq mücessemesi axtarışında deyilem ve exlaqi qaydaların nisbi oldugunu fikirleşirem.Amma ferqli de olsa herenin bir qaydası olur. Bizimkiler qaydasız oynayır.

15 Mayıs 2009

Çöp


Burulğanlarda çırpınan kiçicik bir çöp kimidir insan. Lepelerin qoynunda dalğaların yükselmesinden istifade edib bununla diger çöplere nisbeten yüksekde durduğunu iddia edir. Halbuki qalxan çöp deyil dalğadır.Ve bu qalxıb-enen dalğalar onu istese de istemese de sahile sürükleyir. Sahilde sükunetde qaldıqda bu neheng tamaşanın meqsedini anlayacağına ümid edek.
Gemiler var bu heyatda. Onlar gelib keçir. Çöpler ise uzun müddet onların yaratdığı dalğaların reqsi ile oynamaqla meşğuldur. En acınacaqlı olan odur ki, özünün oynadığı havaya yanındakılarının da oynamasını isteyir. Çalxalandıqca denizin duzlu suyu hopur canına. Oyununa fasile verdikde ise artıq o evvelki o deyil. Duzlandığı derecede denizleşmişdir.
Zalım olduğu qeder de yazıqdır insan. Başqalarına ziyan vererken özüne vurduğu ziyanın misli beraberi yoxdur. Sağalmayan yaralarıyla özünü sıldırım qayalara çırpır.

19 Nisan 2009

İnsan




Öz uydurduğumuz heqiqetlere inanaraq üstün varlıq olduğumuzu iddia edirik. Halbuki en adi qaydada tesdiq proseduru hemin mövqeni iddia eden yox başqası terefinden tesdiqlenmelidir. İnsanlar tarix boyu özlerini en üstün varlıq hesab etdiler. Ve bu onlara güc verdi. Her şeyin haqqları olduğu hissine qapıldılar. Etraf mühiti çox deyişdiler amma özleri heç deyişmediler. Elbette bilik seviyyesini nezerde tutmuram.Ali varlıqlar icad etdiler ve onlar uğrunda helak olmaqdan çekinmediler ve çekinmirler. Heyvanları kesib etini kabab edib yediler amma bunu qurban etdiklerini ve lazım gelse özlerini bele qurban edeceklerini iddia etdiler. “Heyat bu qeder deyersizse bütün bu ezabları niye çekirsen?” deyenlere de özünü öldürmeyin qadağan olduğunu söylediler. Texniki tereqqinin insanlığın tereqqisine heç bir aidiyyeti olmadığını başa düşmek istemirler. Insanlara yuxarıdan baxmağın ve özünü de onlar arasında çabalayarken görmenin nece bir ezab olduğunu fikirleşmeye deyer. Etrafdakları deyişdirmeye çalışarken buna en çox özümüzün ehtiyacı olduğunu unutduq. Deyişib ferqli bir şey olmayacaq insan çünki deyişdiyi halda insan ola bilecek. Indiki halda ise yalnız özümüzü bele adlandırmaqla meşğuluq. Diger canlılardan üstün olduğumuzu söyleyib cansızlardan asılı veziyyete düşmüşük. Ve bu bele davam etdikce biz de diri cansızlara çevrilirik. Uğurlar!

29 Mart 2009

Tunel

Bir boşluğun içinde yol getdiyimi düşünürem.Bu boşluğun maddesi yoxdur.İreliledikce yalnız heyatımdan ani video çekilişleri yanımdan süretle keçib gedir.Ve meni bu boşluqda saxlayan hansı qüvvedir araşdırmağa vaxtım qalmır, çünki bu videolar çox maraqlıdır onlara baxmadan dura bilmirem. 21 ilim bele keçdi.Ve tanıdığım bütün insanların öz tunelleri var hansı ki, böyük diqqetle hem öz, hem de başqalarının heyat seriallarını izleyirler.Bezen qarşımda tunel ikiye ayrılır ve seçim menimdir. Bu çox maraqlı ve tehlükeli oyundur.Her hansı bir dalana sıxışıb qalma ehtimalım böyükdür.Tuneller sisteminden ayrılıb yuxarı çıxdım ve bütün bu tuneller aleminin yalnız bir böyük iynenin sapı olduğunu gördüm. Milyardlarca insanın xaotik hereketinin iynenin hereketine heç bir tesir etmediyini anladım. İynenin hördüyü paltar başqa birinin hereket etdiyi tunelde gördüyü ani video süjetinden başqa bir şey deyildi. Bir heç olduğumu derk etdim ve o anda mövcud olmağa haqq qazandığımı hiss etdim. Bütün bu sapı çürütsem bele (bu mümkün görünmür) paltara ele bir ziyan deymeyeceyini, deyse bele şkafda kifayet qeder seçim olduğunu fikirleşmemeye esas yoxdur. Amma siz yene de özünüzü deyerli hesab etmeye davam edin çünki heyatı yaşamağa deyer eden tek amil budur.

19 Mart 2009

Özleşme




Yalnızlıq insan tebietine yaddır amma insan mehz insan tebietine yad olanlari etdikde digerlerinden ferqlenmeye başlayır. Tarixde çevriliş yaratmış esas böyük şexsiyyetler mehz bu amilden istifade etmişler. Cemiyyetde diger insanlarla birlikde olduqda lüzumsuz ve sethi fealiyyetler ve fikirler ümmanına qerq olur insan.Ve bu zaman o artıq özü deyil başqalarının onda görmek istediklerinden ibaret bir mecmudur.Menim yazdıqlarımdan bele başa düşülmesin ki men zahidliyin ve ya terkidünyalığın terefdarıyam. Sadece hazırki dövr insanının en esas problemi olan “lüzumsuz bilgi kütlesinde batma” nı nezerde tuturam. Kompyuteri beynin çox besit bir modeli olaraq fikirleşsek bu lazımsız ve menasız işlerle meşğul olmaq en yüksek keyfiyyetlere malik komyuterden yalnızca Solitaire oynamaq üçün istifadeye benzeyir.Heqiqetde beynimizden lazımınca istifade etsek nail olduqlarımıza özümüzde inanmazdıq.Beynimizde çarpışan fikirleri izleyerek qalibin terefini tutmaq ve eyni zamanda hemin qalibe layiq daha güclü bir reqib hazırlamaq nehayetde beynimizde ele bir rehber fikrin yaranmasına sebeb olur ki öz yaratdığımız bu fikrin esiri oluruq. Hemin fikrin telqin etdiyi yoldakı mübarize- kenardakılara nece görünmesinden asılı olmayaraq – insanın özünü xoşbext hiss etmesini temin edir.
Mehz bu ruh bu ezme sahib insanlardır ki esrlerle insanları kutleler ve yığınlar şeklinde öz arxalarınca sürüklemişlerdir. İnsanlar bu tip kütlelerin terkib hissesi olmağı çox sevirler çünki özleri ile eyni fikirleri paylaşan insanların ehatesinde olmaq onlara bir iç rahatlığı bexş edir.Bununla da onlar fikirlerle tekbaşına mübarize aparmaq kimi ağır mükellefiyyetden canlarını qurtarırlar.Bütün yaxşı hesab etdiklerine “he” deyen amma bunu özünün hörüb düzeltdiyi süzgecden keçiren insanlar kamilliye doğru geden yola doğru ilk addımlarını atmışlardır.

1 Mart 2009


Söz vermeyi çoxdan öyrenmişdim amma sözümü tutmağı yeni-yeni öyrenmeye başlayıram. Asan deyil. Qarşılaşdığım her insanın ağlabatan fikirleri ve teklikde qaldıqda baş qaldıran şexsi fikirlerim uyuşmadığına göre sonradan yanlış qerar verdiyimi anlayıram ve bu insanlarda sözünde durmayan “flexible” insan tesevvürü oyadır. Amma artıq qerarımı vermişem. Hemsöhbetlerim üçün fikirlere müxalif olub ideyaları ile razılaşmayan inad biri olaraq yadda qalacağamsa da buna deyer.
Zaman bizi buqelemun etmek isteyir. Nezereçarpmadan irelilemek üçün yaxşı vasitedir. Müveffeqiyyete geden yolda insanları ruhlandırmaq üçün yazılmış minlerle kitabda bu silahdan meharetle istifade etmeyin zeruretinden danışılır. Amma bir vacib cehet unudulur. Axı insan başqalarına özünü olmadığı kimi göstererek tedricen deyişilir. Ve bir vaxt ayılır ki o artıq evvelki o deyil. Deyişmek qaçılmazdır ancaq gerek deyişecek ve metomorfoza uğrayacaq bir esasın olsun. Aksiomları olmayan insanlar heç bir teoremi isbat ede bilmezler.

13 Ocak 2009

Elan




Sene inad terk edecem özümü de
Evvelki men olmayacam,
Deyişecem özümü de, sözümü de.
Yox... bunları bacarmaram,
Özlüyümden qaçammaram.

İçimdeki o eslimi çıxarmadım,
Saxladıqca pas bağladı.
Deyişildi, tanımadım...
Öz-özümü itirmişem, gören varsa
Xeber versin çox darıxdım!

7 Ocak 2009

Atom



Bedenimi teşkil eden atomları haqqında fikirleşdim. Onlardan bezileri bir zamanlar Sezarın beyninde, Nitsşenin bığında,Leninin qeleminde olmuşlar belke de. elbette ki, kanalizasiyalarda, Avstraliyada bir dinqonun dişindeki qanda da olmuşlar her halda ve bu baxışda men her yerde olmuşların cemiyem. Amma bu cem deyişkendir çünki insan açıq sistemdir. Bu gün menim konyuktivamdakı bir atom sabah bir virusla gözüme düşdükde öz köhne yerini xatırlamayacaq. Köhne qonşularına qarşı virusun mövqeyinden çıxış edecek.Onun üçün ferqi yoxdur makrosistemde olanların.O öz işini görmeye mecburdur.

Bir insan heyatı boyu yeqin ki, bütün insanlığın ne vaxtsa malik olduğu atomların çox hissesini bedeninden keçirir. Atomlar öz aralarında insanlıq tarixini müzakire etse, açılmayan sirr qalmazdı. Da Vinçinin beynindeki atomlar bir bağırsaq epitelinde söhbet etdikde onları dinlemek isterdim.

Fezanın sonsuzluğu mene hemişe atomların da bizim Qalaktikalar kimi bir sistem olduğunu düşündürür. Belke biz de hansısa nehengin hüceyresinde atom olan Qalaktikamızda yaşayırıq.