19 Haziran 2010


Bu cəmiyyətdə yaşamağı seçmiş insan kimlərəsə xidmət etməyə məcburdur. Bu kimlərisə seçməkdə azaddır. Və azad, müasir insan qarşılıqlı olan bu yardımlaşmada belə, qarşı tərəfdən daha çox mənfəət əldə etməyə çalışır. Nəticədə uduzan tərəf bununla barışır amma fürsət tapdıqda özündən daha zəiflərdən bunun əvəzini çıxır. İnsan cəmiyyətinin davamlılığı ən zəiflərin fəaliyyətinin belindədir. Əgər kasıb bir insan reklamda gördüyü chipsə və ya lotoreyada uduşa qoyulan Nissana sahib olmaq iddiasında olmasa bu cəmiyyət müflis olar. Hər evdə bir televizor olmasa, hər televizorda insanları standart hesab olunan yaşamaq şəklinə həvəsləndirən verilişlər olmasa insanlar öz təbiətlərinə daha uyğun zövqlər ilə yaşayarlar. Məsələn bir kənddə yaşayan gənc üçün ən gözəl ətir yenicə biçilmiş ot ətri və ya tozlu yollara yağan yağışdan sonrakı ətirkən media bunun belə olmadığını, ən gözəl ətrin estee lauder olduğunu deyir. Beləliklə də böyük oyun başlayır. Rejissorlar məlum... ssenari məlum.... aktyorlar məlum. Gözəl tamaşalar arzu edirəm :)

2 yorum:

İlkin Enes dedi ki...

..düşündürücüdü.. amma belə çox daha maraqlidi dostum etiraf edək ;) Yüce Yaradanın da göstərişi beləymiş demək.. Bizə də rolu oynamaq qalır..

Mika dedi ki...

Onu oyunumuza sonradan elave etdik teessuf ki :))