26 Ağustos 2010

Üzəri irili-xırdalı daşlarla dolu olan yamacda taxtadan düzəldilmiş bir koma vardı. Ətrafına kanal çəkilmiş içəri sel suları dolmasın deyə. Görülən bütün işlərin tək bir insanın əməyi olduğu açıq nəzərə çarpırdı. Zərdüşt öz mağarasına çəkildiyi kimi o da öz komasına çəkilib ikiayaqlılardan uzaq olmağa çalışırdı. Asosial olmağın gətirdiyi çətinliklərlə savaşması xeyli vaxtını almışdı. Asan deyildi genlərə qarşı olan bu mübarizə.
Nietzschenin Zərdüştünü təkrarlamadı. Enmədi insanlığa. Çalışmadı insanlığa xeyir vermək üçün. Mizantrop deyildi amma insanlar onu bir çənbərə sıxır və ondan nəsə özlərinə bənzər bir şey düzəltməyə çalışırdılar. Oxumadı onların vətən, sevgi, dostluq, azadlıq tərənnüm edən əsərlərini. Və beləcə öz əsərini yarada bildi.

3 yorum:

Reza dedi ki...

Mərhəba!
banım adım reza dır,Iran، astara şaharin də yaşıəm,ban sənə email yaza billam?
çok urayim istir oz həmvətən larim nan irtibat da olam,
bənım kommentimı cavabsız goyma!
taşakkurlar, Reza

sol dedi ki...

,kitab nəşri artandan sonra insanlar daha çox oxuyur düşünmür.Kamyu

Adsız dedi ki...

salam Reza! ok menim e-mailim tural.mikanayev@yahoo.com