19 Kasım 2012

Sizif əfsanəsi və Sizif əməyi


Sizif- daha doğrusu Sisyphys (Σίσυφος) - yunan mifologiyasında ömürlük ağır bir işə, böyük bir qayanı dağın zirvəsinə qaldirmağa məhkum edilmiş kraldır və Ephyra şəhərinin qurucusudur. Odisseyin atası olduğunu da iddia edən qaynaqlar vardır. Homerin yazdığına görə Zevsin Çay tanrısı Asopusun qızı Aeginayla olması sirrini saxlamaması ucbatından Zevs Hadesdən onun cəhənnəmə göndərilməsini tələb edir. Amma Sizif orda Thanatosu aldadaraq onun özünü zəncirləyir və buna görə bir müddət heç kim ölmür. Heç kim ölmədiyinə görə əsəbiləşən və müharibələrdən ləzzət ala bilməyən Ares işə müdaxilə edib Thanatosu azad edib, Sizifi Tartarusa göndərir. Tartarusdan ona qurban kəsməməsini  istədiyi arvadını guya yola gətirmək üçün  yeraltı kraliçası Persefonadan icazə alıb Ephyraya qayıdan Sizifi Hermes yenidən Tartarusa qaytarır. Bütün bu hiylələrinin cəzası olaraq tanrılar ona Sizif əməyi adlanan həmin ağır cəzanı verirlər. Hər dəfə zirvəyə qaldırdığı daş zirvəyə az qalmış bir formada əlindən sürüşüb çıxır və əziyyət yenidən başlayır.


Buna görə də Sizif əməyi deyiləndə mənasız və bihudə əmək başa düşülür. Bu mövzunu ən geniş araşdırma mövzusu edənlərdən biri Albert Kamyu olmuşdur. Həyatın mənasızlığını və boşluğunu Sizif əfsanəsi ilə müqayisə edən Kamyu sonda intiharı yanlış hesab edir və bunu " Təpələrə doğru təkbaşına didinmək belə bir insanın ürəyini doldurmağa yetər" cümləsi ilə ifadə edir.

25 yorum:

Unknown dedi ki...

Başka böyle ifadeler benim için bula bilirmisiniz

Adsız dedi ki...

isgəndərin buynuzu var,qordi düyünü,Pirr qələbəsi,Damokl qılıncı.

Adsız dedi ki...

GUZELMIS

Adsız dedi ki...

beğendim

Unknown dedi ki...

Evet

Unknown dedi ki...

Damokl qılıncı

Unknown dedi ki...

Begendim

Unknown dedi ki...
Bu yorum bir blog yöneticisi tarafından silindi.
Unknown dedi ki...

Sizif emeyinin yaranma tarixini bilen var ?

Unknown dedi ki...

Mende ele onu axtarıram.
Tapsam yazacam inşallah

Unknown dedi ki...

Yaranma tarixi ne vaxtsir bes?

Unknown dedi ki...

Sizif emeyinin tapan var yazsin ��������xyis

Unknown dedi ki...

Beli

Unknown dedi ki...

Tarixini kim bilir

Ramal dedi ki...

Tarix in bilən yazsinda!

Unknown dedi ki...

bəyəndim
beğendim

Unknown dedi ki...

beyendim

Unknown dedi ki...

Tarixini bilien atsinda

Unknown dedi ki...

Sene gore

Unknown dedi ki...

Qaqa yaşayırsan? 7 il keçib :D

Adsız dedi ki...

Be sen

Adsız dedi ki...

İli yoxdur

Adsız dedi ki...

Mənə yaranma tarixi lazımdır

Adsız dedi ki...

Zor

Adsız dedi ki...

Sizirin dovrunde