16 Kasım 2025
17.11.2025
İnsanın canı ağrıyan yerindədi deyirlər. Dilimdə bir yara var 3 gündü lazım olan şeyləri edirəm amma bunun bir sağalma müddəti var. Yazı yazmaq istədiyimdə həmin stabil qıcıq konsentrasiya olmağıma mane olur indi. Amma bu bəhanə deyil, son vaxtlar fikrimi cəmləşdirməkdə çətinlik çəkirəm və sanki yaddaşım da zəifləyib. Zərərli şeylərdən zövq almaq haqqında fikirləşirəm. Yüngül asılılıqlar, azadlığından qurban verib bundan zövq almaq və öyrəşmək kimi. Çox boş gəlir ciddi olmaq bəzən, bəzən də ciddi olmamaq daha böyük görünür gözümə. Söhbət lağlağı, məsxərə kimi məşğuliyyətlərdən yox, ciddi şəkildə həyatı ciddi qəbul etməməkdən gedir. Həyatın mənası mənasızlığındadır kimi bir şey.
Kaydol:
Yorumlar (Atom)