18 Kasım 2024

Əlini atıb yaxalamaq istəyirsən həyatın şah damarını, tempini tutmadığın, mənasını dərk etmədiyin mövcudluğun yaxasından yapışmaq, sorğulamaq. Bir işıq kimi doğur həyatına birisi bəzən. Onun da bir zaman sonra olmayacağını bilirsən. Ölümlü dünyada heç nə ciddi deyil və mamır basmış bəzi qəbir daşları ürəyinizin dözməyəcəyi qədər yükün başında keşik çəkir. 

Bir-birinin ətini parçalayan heyvanların sadə dəhşəti və yenə parçalayır insan kanniballar qram-qram, əzabın müddətini uzadır dərmanlar və "yaşamaq" istəyi. Güzgü önündə qırışan və çürüyən bədənlər. Beyin qıvrımları botokslu doğulanların dəriləri də gec qırışır?