6 Ekim 2024

Tərkedilmiş yerlər haqqında


Bir zamanlar insanların yaşadığı, tərkedilmiş, toz basmış yerləri böyük maraqla gəzirəm. Qalan izlər, əzilmiş, dağılmış, rəngi solmuş, yararsız əşyalar arasında pıçıldaşan məni də gör çağırışları var eləbil. Bir zamanlar kiminsə uğruna çabaladığı əşyanı tapdalamaq, təpikləmək və ya götürüb əzizləmək, baxmaq seçimi, əzəməti, sırf indiki zamanda olduğun üçün əldə etdiyin müvəqqəti gücü hissetmək, zamanın hər şeyin fövqündə olduğunu dərk etmək lazım gəlir gündəlik qovğalardan qurtulmaq üçün.